Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə əmanətlərə vergi dəyişdi – Dollarda 20%!

Türkiyədə əmanətlərə vergi dəyişdi – Dollarda 20%!
Sakura

Türkiyə hökuməti dollara tələbatın azaldılması və dollar əmanətlərinin lirəyə çevrilməsi ilə bağlı yeni…

Türkiyə hökuməti dollara tələbatın azaldılması və dollar əmanətlərinin lirəyə çevrilməsi ilə bağlı yeni stimulaşdırıcı addımlar atıb. FED.az xəbər verir ki, bu gündən etibarət Türkiyə banklarında lirədə saxlanan əmanətlər üçün vergi azaldılaraq, 0%-5%-ə endirilib (müddətdən asılı olaraq). İndiyədək bu faiz dərəcəsi 10%-15% arasında arasında dəyişirdi.

Paralel olaraq banklarda dollarla saxlanan əmanətlərə görə, vergilər kəskin artırılıb. Belə ki, dollar əmanətlərinə tətbiq olunan vergi 13%-20% arasında dəyişəcək.

Bu yenilik türk lirəsi üzərində təzyiqi azaltmaq və əmanətlərin lirəyə çevrilməsinə stimullaşdırmaq məqsədi daşıyır. Bəs yeni qərarlar lirə üzərində təzyiqi azaldacaq və lirəyə kömək eləcəkmi?

Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli hesab edir ki, əmanətlərə tətbiq edilən vergilərin dəyişdirilməsi vəziyyəti cəddi olaraq dəyişdirməyəcək:

1. Hazırda ölkə banklarında qısa müddətli lirə əmanətlərinə təklif olunan faizlər daha yüksəkdir və uzun müddətli (365 və üzəri) əmanətlərə 0% dərəcəli verginin tətbiq olunması belə, investor üçün ciddi dəyişiklik olmayacaq.

2. İnvestorlar riskin yüksək olduğu bir dövrdə qısa müddətli əmanətlərə üstünlük verirlər, uzun müddətli vergi üstünlükləri ilə isə cox da maraqlanmırlar.

3. ABŞ dolları əmanətlərinə tətbiq olunan yüksək vergi iqtisadi subyektlərin əmanətlərini lirəyə çevirməsini stimullaşdıra bilər. Eyni zamanda yüksək vergi tətbiqi qısa müddətli xarici vəsaitlərin ölkədən çıxışını da sürətləndirə bilər ki, bunun da kifayət qədər mənfi təsiri gözləniləndir.

4. Lirədə olan iki illik dövlət və özəl sektor qiymətli kağızlarının gəlirliyinin 24-25%-ə, Bankların 1 illik avrobondlarının gəlirliyinin isə 14-18%-ə qədər yüksəldiyi bir vəziyyətdə qeyd olunan mənbədən vergi tənzimləməsinin TL üzərində təzyiqi azalda biləcəyi çətin görünür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR