Dərc edildi: Baxış sayı: 422
Türkiyədə “Boinq” uçuş zolağından çıxdı
Türkiyənin Sabiha Gökçən hava limanında “Boinq 737-800” tipli sərnişin təyyarəsinin uçuş zolağından çıxması böyük təşvişə səbəb olub.
Axar.az xəbər verir ki, hadisədən dərhal sonra təyyarədəki sərnişinlər təxliyə edilib. Hazırda mütəxəssislər təyyarədə araşdırma aparırlar.
Olay səbəbindən Sabiha Gökçən hava limanının Ankara vaxtı ilə 11:20-yə qədər bağlanmasına qərar verilib.
Qeyd edək ki, “Boinq-737” təyyarələri müxtəlif vaxtlarda dəhşətli qəzalara uğradığı üçün bəzi ölkələr, eləcə də Azərbaycan bu təyyarələrin alışından imtina edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət