Slimfit
  1. DÜNYA

Türkiyədə bir rayonda seçkilərdə qalib müəyyənləşməyib: namizədlərə eyni sayda səs veriblər

Türkiyədə bir rayonda seçkilərdə qalib müəyyənləşməyib: namizədlərə eyni sayda səs veriblər
Sakura

Türkiyədə bir rayonda seçkilərdə qalib müəyyənləşməyib: namizədlərə eyni sayda səs veriblər

Türkiyənin Ardahan şəhərinin Çıldır rayonunda Ədalət və İnkişaf Partiyası (AK Partiya) və Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədlərinin eyni sayda səs alması səbəbindən yaşayış məntəqəsində sayım yenidən aparılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” bildirib.

AK Partiyanın namizədi Kemal Yakup Azizoğlu və CHP-nin namizədi Nurettin Aygün hərəyə 452 səs toplayıblar. Partiyaların etirazından sonra sayım yenidən aparılıb. CHP namizədinin iki səslə önə keçməsi bu səfər qarşı tərəfin narazılığına səbəb olub: iqtidar partiyası hesablanmanın təkrarlanmasını istəyib. Növbəti sayımda CHP lehinə olan səs fərqi birə enib.

İki partiyanın da etiraz etdiyi nəticəni bölgə üzrə seçki komissiyası açıqlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR