Dərc edildi: Baxış sayı: 450
Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinin hazırlıq prosesinə start verilib
Türkiyədə keçiriləcək növbəti bələdiyyə seçkilərinin hazırlıq prosesinə start verilib. Səsvermə 2019-cu il martın 31-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Ali Seçki Komissiyası (ASK) yanvarın 2-də seçkilərdə iştirak etmək hüququ olan siyasi partiyaların adlarını açıqlayacaq. Bundan 25 gün sonra iştirakçı tərəflərin səsvermədə istifadə olunacaq bülletenlərdə yerləşmə yeri elan ediləcək.
ASK-nın qərarına görə, təbliğat-təşviqat kampaniyası martın 30-da Türkiyə vaxtı ilə saat 18.00-da başa çatacaq.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət