Slimfit
  1. CƏMİYYƏT

Türkiyədə azərbaycanlı küçə musiqiçisi: 'Qarabağla bağlı mahnı oxuyanda yaxşı pul verirlər'

Türkiyədə azərbaycanlı küçə musiqiçisi: 'Qarabağla bağlı mahnı oxuyanda yaxşı pul verirlər'
Sakura

Türkiyədə azərbaycanlı küçə musiqiçisi: 'Qarabağla bağlı mahnı oxuyanda yaxşı pul verirlər'

İstanbulun mərkəzi meydanlarından biri olan Taksim dünyada küçə musiqiçiləri ilə məşhurdur. Onlardan biri də azərbaycanlı qarmon ifaçısı, 53 yaşlı Elşən Əliyevdir. Həmyerlimiz hər gün minlərlə turistin ziyarət etdiyi İstiqlal küçəsində rəsmi qeydiyyatda olan küçə musiqiçilərindəndir. Taksimdə çoxları Elşən Əliyevi yaxşı tanıyır və onun bu məkanda daimi yeri var. Qarmonunda Azərbaycan, türk, rus, hind, əfqan və başqa dillərdə musiqilər ifa edən sənətçinin yanından keçənlər ayaq saxlayır, videoya çəkir və onu zövqlə dinləyirlər. 

Azərbaycanlı musiqiçi Elşən Əliyev “Report”un Türkiyə bürosuna açıqlamasında iki il öncə Gəncədən Türkiyəyə gəldiyini söyləyib: "Musiqi mənim üçün həyat deməkdir. Bu səbəbdən 8 yaşında əlimə aldığım qarmonu bir daha yerə qoymuram. Uşaqlıqdan qarmona böyük həvəsim olub. Babamın bir qarmonu vardı. Onu götürürdüm və öyrənirdim. Atam gördü ki, həvəsim var, mənə o vaxt “qazan” deyilən qarmondan aldı. Ondan sonra Rusiyanın Tula şəhərindən mənə bir qarmon gətirdi. Onun içini Gəncədə yığdırdıq. Artıq 16-17 yaşım olanda Gəncədə toylara gedirdim. Həmin vaxtdan Gəncədə, Bakıda və bir sıra şəhərlərdə minlərlə toyda ifa etdim”.

 

Sənətçi bildirib ki, hər gün onu dinləmək üçün gələn yerli sakinlər də az deyil: “Mən ilk dəfə Bursa şəhərinə gəlmişəm. Bir müddət sahil kənarında ifa etdikdən sonra İstanbula üz tutdum. Taksim çox gözəldir, Azərbaycanı çox sevirəm, ancaq burada da qərib deyiləm. Axı biz bir millət, iki dövlətik. Taksimdə işləyən bütün musiqiçilər qeydiyyatdadır. Məni də Bəyoğlu bələdiyyəsinə çağırıb qeydiyyata saldılar. Yaxın günlərdə kart verəcəklər. Mənə deyirlər ki, nə gözəl sənətkarsan. Çox eşidirəm bu tərifi. Gəlirlər, dinləyirlər, alqışlayırlar”.

 

 

E.Əliyev gündəlik qazancının sabit olmadığını deyib: “Hər günün ayrı ruzi-bərəkəti var. Onu Allah bilir, gərək mən ifa edim, insanların zövqünü oxşayım. Onlar da mənim əməyimi qiymətləndirsinlər. Çox şükür dolanıram. Bəzən biri qəpik atır, bəzən də böyük pul. Burada olan turistlərin əksəriyyəti yaponlardır. Onların yüz nəfərindən biri ifa etdiyim mahnıya görə pul atır. Burada məni dolandıran türkiyəlilərdir. Onlar Azərbaycan musiqilərini çox sevirlər. Bura gəzməyə gələn azərbaycanlılar da var. Onlar Qarabağla bağlı mahnı ifa edəndə yaxşı pul atırlar. Nəticədə həmin gün heç işləmə, dur get evə. Hər kəs öz musiqisini eşitmək istəyir. Ona görə də bildiyim bütün musiqiləri ifa edirəm”.

Sənətçi Azərbaycanda da küçə musiqiçilərinin formalaşması və insanların onlara dəyər verməsini istəyir: “Azərbaycanda da belə bir şey olsa, mən orada qalıb işləyərəm. Bu, utanılası bir şey deyil, sənətini göstərirsən. Vətənim üçün çox darıxıram. Bəzən 5 ay burada qalıram, darıxıram, sonra Göygölə gedirəm, Bakını gəzirəm. Həyat budur da. Allah insana göz, ağıl verib ki, gəzib dolansın”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR