Slimfit
  1. AZƏRBAYCAN

Türkiyədə Azərbaycan həftəsi keçirilir

Türkiyədə Azərbaycan həftəsi keçirilir
Sakura

Milli Məclisin (MM) deputatı Musa Qasımlı Türkiyədə keçirilən Azərbaycan həftəsində iştirak etmək üçün…

 Milli Məclisin (MM) deputatı Musa QasımlıTürkiyədə keçirilən Azərbaycan həftəsində iştirak etmək üçün bu gün Ankaraya yola düşüb.

MM-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbiri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Strateji Araşdırmalar Mərkəzi təşkil edib. Azərbaycan həftəsi çərçivəsində ulu öndər Heydər Əliyevin Ankara şəhərindəki abidəsi ziyarət olunacaq, Türkiyə Prezident Administrasiyasında və XİN-də görüşlər keçiriləcək.

Strateji Araşdırmalar Mərkəzində elm adamlarının, siyasətçi və diplomatların qatılacağı tədbirdə M.Qasımlı Azərbaycan-Türkiyə münasibətlərinə dair məruzə oxuyacaq, görüşlərdə çıxış edəcək.

Səfər noyabrın 29-da başa çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR