Dərc edildi: Baxış sayı: 334
Türkiyədə antiterror əməliyyatı - 51 şübhəli saxlanıldı
Türkiyənin xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.
“21 vilayətdə dörd gün ərzində keçirilən əməliyyatlar çərçivəsində 51 nəfər İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb”, - nazir “X”dəki (keçmiş “Twitter”) hesabında yazıb.
Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ən çox saxlanılanlar (10 nəfər) Ankaradadır. Əməliyyatlar zamanı İŞİD-in fəaliyyətinə aid xeyli sayda sənədlər ələ keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət