Slimfit
  1. DÜNYA

Türkiyədə 5700 illik uşaq skeleti tapıldı

Türkiyədə 5700 illik uşaq skeleti tapıldı
Sakura

Türkiyədə 5700 illik uşaq skeleti tapıldı

Ərazisində dünyanın ən qədim yaşayış məskənləri yerləşmək baxımından Türkiyə xüsusilə seçilir. Bu mənada qardaş ölkədə 5700 illik uşaq skeleti tapılması təəccüblü görünmür.

Bizimyol.info xəbər verir ki, Malatyadakı qədim Arslantəpə şəhərciyində çox əhəmiyyətli tarixi tapıntı aşkar edilib. Romadakı La Sapientsa universitetinin professoru Marsel Frangipan və Hacettəpə universitetindən Yılmaz Səlim Erdalın başçılıq etdiyi tədqiqat qrupu skeletin uşağa məxsus olmasına əmindirlər. Uşağın vəfat zamanı təxminən 6-7 yaşında olması ehtimal edilir.

Maraqlıdır ki, skelet yaşayış yerində tapılıb. Frangipan bunun həmin dövrün ənənələri ilə əlaqələndirir. Onda uşaqlar evdə dəfn olunurdu. Evin ortasında çuxur düzəldib cəsədi ora qoyurdular.

Frangipanın dediyinə görə, uşağın qollarında bilərzik, boynunda boyunbağı olub. Böyük ehtimalla, balaca travmadan həyatını itirib. Yılmaz Səlim Erdal hesab edir ki, uşaq varlı ailədən olub. Yoxsa hər skeletdə bilərzik və boyunbağına rast gəlinmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR