Dərc edildi: Baxış sayı: 546
Türkiyədə 4 it cinsinə qarşı qadağa tətbiq edilib
Türkiyənin Sivas bölgəsində 4 it cinsinin yayılmasına qadağa tətbiq edilib.
APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Sivas Heyvanları Qoruma Dərnəyinin toplantısında qəbul edilib.
Belə ki, Sivas bələdiyyəsi sədrinin köməkçisi Yeliz Yıldızhanın rəhbərliyi ilə keçən toplantıda 5199 saylı “Heyvanları qoruma haqqında” Qanunun 14-cü maddəsi əsasında təhlükəli hesab edilən heyvanlarla bağlı müzakirələr aparılıb. Aparılan qiymətləndirmə nəticəsində yayılmış yazılı açıqlamada Sivasda Pitbull, Japanese Tosa, Dogo Argentino, Fila Brasilerio cinsli itlərin ölkəyə gətirilməsi, satışı, nəslinin artırılması, mübadilə edilməsi və hədiyyə verilməsinin qadağan olduğu bildirilib.
Qərara əsasən, bu it cinslərinə sahib olan şəxslər haqqında hər heyvan başına görə 7802 türk lirəsi (2342 AZN) cəza tətbiq ediləcəyi və itlərin də müsadirə olunacağı qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət