Dərc edildi: Baxış sayı: 588
Türkiyədə 12 min nəfərlik iftar süfrəsi
Trabzonun Ortahisar rayonunda nə az, nə çox 12 min nəfərlik iftar süfrəsi verilib.
Oxu.Az “CNN Türk”ə istinadən xəbər verir ki, iftar süfrəsinə Türkiyənin daxili işlər naziri Süleyman Soylu və digər hökumət rəsmiləri qatılıb.
Ucsuz-bucaqsız süfrənin hazırlanmasına yeddi saat vaxt sərf olunub.
Trabzon meriyasının sifarişi ilə iftar yeməyinin bişirilməsində iki ton ət, iki ton kartof, 500 kiloqram mərcimək, 160 kq zeytun yağı, 700 kq soğan, 130 kq kərə yağı, 30 kq duzdan istifadə olunub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət