Dərc edildi: Baxış sayı: 316
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
Türkiyənin Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarına müraciət edərək onların tədbirli olmasını tövsiyə edib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi səyahət xəbərdarlığı dərc edib.
“Regionumuzda baş verən son hadisələrin Livana yansıması çərçivəsində Livandakı vətəndaşlarımıza ehtiyatlı olmaları, lazım olmadıqca Nəbatiyyə, Cənubi Livan, Bekaa və Baalbek-Hirmil vilayətlərinə getməmələri tövsiyə olunur”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.
Eyni zamanda, vətəndaşlara nazirliyin və Beyrutdakı səfirliyin rəsmi mənbələrini izləmək məsləhət görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət