Dərc edildi: Baxış sayı: 245
Türkiyə XİN Fətullah Gülənin ölümünü təsdiqlədi
Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, H.Fidan bu barədə Ankarada ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, kəşfiyyat mənbələri sözügedən məlumatı təsdiqləyir.
Xatırladaq ki, FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı Fətullah Gülənin dünən öldüyü barədə məlumat yayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət