Slimfit
  1. TÜRKİYƏ

Türkiyə XİN: “Əsas məsuliyyət Ermənistanın üzərinə düşür”

Türkiyə XİN: “Əsas məsuliyyət Ermənistanın üzərinə düşür”
Sakura

Türkiyə XİN: “Əsas məsuliyyət Ermənistanın üzərinə düşür”

Silahlarını yerə qoymağı və geri çəkilməyi rədd edən, Dağlıq Qarabağda Azərbaycan silahlı qüvvələrinə qarşı hücum həyata keçirən erməni silahlı elementlərinin fəaliyyəti 9 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamə ilə müəyyən edilmiş atəşkəs rejiminin açıq şəkildə pozulmasına xidmət edir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən açıqlamada qeyd olunur.

Açıqlamada bildirilir ki, daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, nəhayət 27 dekabrda baş verən erməni silahlı qruplarının hücumları nəticəsində hərbi və mülki şəxslər arasında itkilər yaşanıb, xəsarətlər alanlar var.

Türkiyə XİN açıqlamasında həmçinin vurğulanır ki, üçtərəfli bəyannaməni imzalayandan sonra, silahlı erməni birləşmələrinin geri çəkilməsinə və atəşkəs rejiminə riayət edilməsinə görə əsas məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır.

“Azərbaycan tərəfi erməni silahlı elementlərinin təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edərək lazımi cavabı verdi. Bölgədə qurulmağa çalışılmış davamlı sülhün parçası olmaq üçün, Ermənistan bu sahədəki həqiqətləri qəbul etməli və üçtərəfli bəyannamədə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Türkiyə XİN olaraq erməni hərbi birləşmələrinin hücumları nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirik və bütün Azərbaycan xalqına başsağlığı diləyirik”.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR