Slimfit
  1. SİYASƏT

Türkiyə XİN: “Ermənistan hakimiyyəti ağlını başına toplasın”

Türkiyə XİN: “Ermənistan hakimiyyəti ağlını başına toplasın”
Sakura

Türkiyə XİN: “Ermənistan hakimiyyəti ağlını başına toplasın”

“Ermənistan hakimiyyəti ağlını başına toplayıb Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənməlidir”.

Türkiyə Xarici İşlər Nazirliyinın açıqlamasında belə deyilir. Bildirilir ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün riyakar qaralama kampaniyasını Türkiyəyə qarşı da yönəldir. Azərbaycan torpaqlarında illərdir qanunsuz işğalını həyata keçirən Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl yaratmasını açıq aşkar ortaya qoyur. “Kontekstdən ayrılan bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək” deyə açıqlamada vurğulanır. Məlumat üçün deyək ki, Ermənistan Xarici İşlər Nazirliyi Türkiyəni Azərbaycana açıq dəstək verdiyinə görə ittiham edib.

 

Mənbə: Aztv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR