Slimfit
  1. SİYASƏT

Türkiyə XİN Azərbaycan xalqına başsağlığı verdi

Türkiyə XİN Azərbaycan xalqına başsağlığı verdi
Sakura
:0

Türkiyə XİN Azərbaycan xalqına başsağlığı verdi

Ermənistan tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycana məxsus Dağlıq Qarabağın Xocalı şəhərinə hücum zamanı 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla, 613 mülkü şəxs amansızcasına qətlə yetirilib. 1000 nəfərdən çox insan Ermənistan qüvvələri tərəfindən əsir alınıb. İtkin düşən şəxslərin vəziyyəti bu günə qədər məlum deyil.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.

“Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, öz ölkələrində köçkün olaraq yaşayır.

Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu soyqırımı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını şiddətlə qınayırıq. Faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına bir daha başsağlığı veririk”, - qeyd edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR