Slimfit
  1. TÜRKİYƏ

Türkiyə vətəndaşlığı almaq - Qaydası dəyişir

Türkiyə vətəndaşlığı almaq - Qaydası dəyişir
Sakura

Türkiyə vətəndaşlığı almaq - Qaydası dəyişir

FED.AZ Türkiyə xəbər verir ki, yeni dəyişikliklərə əsasən vətəndaşlıq almaq üçün tələb olunan minimum 250 min dollar dəyərində daşınmaz əmlakın TAPU sənədinin (əmlakın qeydiyyat şəhadətnaməsi) olması şərti qaldırılır. Artıq vətəndaşlığını almaq üçün daşinmaz əmlak sözləşməsi ilə də müraciət etmək mümkündür. Bunun üçün satış sözləşməsinin notariusda təsdiq olunması kifayətdir. Yəni əcnəbilər tikilməkdə olan əmlak alaraq Türkiyə vətəndaşlığına keçə bilərlər. Dövlətin tək tələbi həmin əmlakın 3 il ərzində satılmamasıdır. Bu qanundan əvvəl Türkiyədə əmlak almış əcnəbilər vətəndaşlıq üçün müraciət edə bilməzlər. 

Onu da qeyd edək ki, Türkiyədə 250.000 $ dəyərində əmlak alımı yolu ilə Türkiyə Respublikası vətəndaşlığı verilməsi ilə bağlı "Türk Vatandaşlığı Kanunu'nun həyata keçirilməsi ilə əlaqədar qanun çərçivəsində satın alınan əmlakın dəyərinin müəyyənləşdirilməsi şərti gətirilmişdir. Daşınmaz Əmlak Dəyərinin Müəyyənləşdirməsi xüsusi lisenziyası olan qurumlar tərəfindən həyata keçirilir və yalnız bundan sonra vətəndaşlıq almaq üçün müraciət sənədi qəbul olunur.

Diqqət!!! Lazımi sənədlər

1. Ekspertiza ediləcək daşınmaz əmlakın (mənzil, villa, torpaq ərazisi, ofis, otel və s.) TAPU sənədi və ya notariusda təsdiq olunmuş satış müqaviləsi

2. Daşınmaz Əmlakın ərazisi haqqında qısa məlumat. Məs. Riva/Beykoz bölgəsinde 5.000 kv.m. torpaq ərazisi içində 500 kv.m. villa və s.

3. İstifadə təyinatı 

"FED Xaricdə əmlak" vasitəsilə Türkiyə vətəndaşlığını almaq istəyənlər +994 55 252 41 10​ nömrəsinə müraciət edə bilərlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR