Slimfit
  1. CƏMİYYƏT

Türkiyə vətəndaşları bu gündən Azərbaycana vizasız gələcək - Qanun qüvvəyə mindi

Türkiyə vətəndaşları bu gündən Azərbaycana vizasız gələcək - Qanun qüvvəyə mindi
Sakura

Türkiyə vətəndaşları bu gündən Azərbaycana vizasız gələcək - Qanun qüvvəyə mindi

Bu gündən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.

Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 1-də qüvvəyə minən qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub. 

Həmçinin, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək.  

Xatırladaq ki, Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi. 

Cari ilin iyulunda isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR