Dərc edildi: Baxış sayı: 577
Türkiyə və Yunanıstan hərbçiləri üz-üzə gəlir
Türkiyənin və Yunanıstanın hərbi nümayəndə heyətləri fevralın 17-21-də Afinada danışıqlar aparacaqlar.
Axar.az xəbər verir ki, u barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın NATO-nun Brüsseldəki toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panayotopulos ilə görüşündə razılığa gəlinib.
Bu, iki dövlət arasında sayca üçüncü belə görüş olacaq. Görüşlərin əsas məqsədi qarşılıqlı etimadın artırılmasıdır. Müzakirələr çərçivəsində iki ölkənin hərbçiləri arasında dialoq kanallarının daim açıq saxlanılmasının əhəmiyyəti vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət