Slimfit
  1. CƏMİYYƏT

Türkiyə və Gürcüstan hərbçiləri Bakıya gəldi

Türkiyə və Gürcüstan hərbçiləri Bakıya gəldi
Sakura

Türkiyə və Gürcüstan hərbçiləri Bakıya gəldi

Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək Eternity-2019 kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, ulu öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət bayraqları qaldırılıb və hər üç ölkənin dövlət himnləri səsləndirilib.

Sentyabrın 6-dək davam edəcək təlim Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcəkdir.

Təlimə hazırlıq dövründə qonaqlar üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR