Slimfit
  1. AZƏRBAYCAN

Türkiyə və Azərbaycan münasibətlərində dil amili

Türkiyə və Azərbaycan münasibətlərində dil amili
Sakura

Türkiyə və Azərbaycan münasibətlərində dil amili

Azərbaycan və Türkiyə münasibətləri tarixi köklərə və qardaşlığa söykənir, həmçinin bu gün əlaqələr dünyada ən yaxın əlaqələrdir. Bir soydan qaynaqlanan etnik ortaqlığa, dil və mədəniyyət kimi mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə dövlətləri yalnız mehniban qonşuluq münasibətlərini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtəndirən mənəvi amilləri rəhbər tutaraq tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı olaraq bütün zəruri addımları atıblar. Ona görə də təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri də bu gün həm də stateji önəm kəsb edir.

«Son illər ərzində Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əsasında qurulan əlaqələr strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır» (Azərbaycan Prezidenti İlham Əliyev).

Bu gün dünyada Türkiyə-Azərbaycan qədər bir-birinə yaxın iki dövlət tapmaq çətindir. Bunu ölkələrin, ölkə rəhbərlərinin və xalqların maraqlarının üst-üstə düşməsi şərtəndirir» (İ.Əliyev).

Dil amili də Türkiyə və Azərbaycan münasibətlərində baş verən hər hansı bir prosesin, hadisənin gedişini şərtləndirən momentdir, faktdır. Bu amil 1992-ci ildən özünü göstərir.Həmin proses və hadisələr iki qohum dil aprasında əlaqəni yaradır. Coğrafi durum, tarixi inkişaf, sosial və siyasi amillərlə həmin dillər bir-birinə yaxınlaşır, doğmalaşır. Azərbaycan dili Türkiyədə, türk dili isə Azərbaycanda rəsmi dairələdə səsləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Azərbaycan dilində, Türkiyə Prezidenti isə Azərbaycanda türkcədə danışırlar.

Dil faktoru da göstərir ki, Türkiyə və Azərbaycan türkcələri arasında xüsusi əlaqə-yaxınlıq güclüdür. Bu gün ədəbi dillər öz ölkələrində həm dövlətin rəsmi dili, həm də həmin respublikalarda yaşayan xalqların ortaq dilləri olaraq özünü göstərməkdədir. Məsələn, Türkiyə türkcəsi Türkiyədə türklərlə bərabər, yəhudi, rum, kürd, çeçen, çərkəz kimi müxtəlif xalqlar tərəfindən də ortaq bir dil olaraq işlənilməkdədir. Azərbaycan türkcəsi Azərbaycanda Azərbaycan türkləri və azərbaycanlılarla bərabər digər xalqların da həm rəsmi dövlət dili, həm də ünsiyyət vasitəsi olaraq işlədilən ortaq bir dildir. Həmin xalqlardan rus, gürcü, kürd, tat, talış, lahıç, ləzgi, avar, saxur və s. göstərmək olar.

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Türkiyə ilə işgüzar əlaqələrin genişlənməsi və müxtəlif sahələr üzrə mütəxəssislərin birgə fəaliyyəti ilə bağlı dilimizdə işlədilən ərəb-fars mənşəli bəzi leksik-terminoloji vahidlərin müasir türk dili faktları ilə yenidən əvəzlənməsi meyilli müşahidə olunur. Bu cür dil vahidlərini xarakterik cəhətlərinə görə iki cür qruplaşdırmaq olar: 1) ümumişlək xarakter qazanaraq normativ dil elementlərinə çevrilənlər; 2) ümumişlək xarakter daşımayan və normativ dil elementinə çevrilməyənlər.

Yeni dünya düzənində ortaq dünya dillərinin işlənilməsi baxımından son onilliklərdə gündəmə gələn linqvistik məsələlərdən biri də ortaq türk dili qavramı və onun komponentlərinə əsasən konseptual olaraq açıqlanmasıdır. Çünki, türk dilləri və ya ümümtürk dili Avrasiya coğrafiyasında və bütün dünyada ən çox işləniən 7 dildən biridir. Bu gün artıq 10-nun üzərində türk dili bu və ya digər şəkildə birinci və ikinci dillər kimi öz ölkələrində həm rəsmi dövlət dili, həm də ortaq dillər olaraq işlənilməkdədir. Buna görə də həmin dillərdən birinin həm dünyadakı türk xalqları arasında, həm də millətlərarası arenada və BMT-də bir ortaq ünsiyyət vasitəsi olaraq işlənilməsi ehtiyacı ciddi bir surətdə ortaya çıxmaqdadır. Məlum olduğu kimi, bu günkü durumda həmin dil Türkiyə Türkcəsi ola bilər.

Türk dillərinin ədəbi, rəsmi və bu və ya digər şəkildə ortaq dillər səviyyəsələrində qloballaşan yeni dünya düzənində işlənilməsinin hərtərəfli öyrənilməsi bu gün türkoloji dilçiliyin əsas aktual istiqamətlərini və ya başqa bir ifadə ilə «problematika»sını təşkil eğməkdədir. Bu artıq həmin ümumi «problematika» ilə yaxından bağlı olan məsələlər türkoloji dilçilikdə də gündəmə gətirilməkdədir. Bu baxımdan dil portfolyosu, ədəbi dil normalaşmaları, e-dil, tərcümə, ikidillilik və ümumtürk mətninin konseptual-linqvistik təhlili kimi məsələlər həmin istiqamətin müxtəltif üst və alt başlıqları altında təfərrüatlı biçimdə öyrənilməkdədir.

Türkiyə və Azərbaycan münasibətləri kontekstində yeni variantlar və ya yeni dil-danışıq normaları bu gün artıq koqnitiv-fuünksional və informasiya-kommunikativ ünsiyyət vasitəsi kimi səciyyələndirilə bilən elektorn dildə işlənilməkdə, seçilməkdə və dilimizə girməkdədir. Yeni sözlər, ünsiyyət-işlənilmə tərzləri, deyimlər və qəlib-ifadələr asimmetrik gəlişmələr və dəyişmələr müxtəlif dil-danışıq variantları olaraq Avrasiya türkcələrində ən çox 1970-ci illərdən başlayaraq özünü göstərir. Həmin variantlar insanlardla gündəlik olaraq gerçəkləşən əql dərk olunmaya və ümumçən də şüura söykənən danışıq dilində müəyyənləşdirilir.

Göstərilən münasibətlər çərçivəsində Azərbaycan dilində yeni dil-danışıq alışqanlıqları və alınmaları müşahidə olunmaqdadır. Bununla bağlı qeyd etmək lazımdır ki, XX əsrin son qərinəsindən etibarən dünyada yeni siyasi, iqtisadi, etnoqrafik, demoqrafik və kulturoloji dir qlobal düzən gerçəkləşməyə başlamışdır. Bu proses Sovetin dağılması və Avrasiya çoğrafiyasında yeni müstəqil dövlətlərin, müxtəlif respublikaların və federal gəlişmələrin meydana çıxması, Avropa İttifaqının genişlənməsi və s. ilə özünü göstərir. Belə bir düzənin gerçəkləşməsi dünyada özü ilə bərabər yeni bir dil-ünsiyyət ortamı və fərqli sosiolinqvistik şərtlər də gətirmişdir. Bir ço dil; rəsmi dövlət statusu və ya müəyyən bir miqyasda isə yeni işlənilmə, tərcümə oluna və ya çevrilə bilmə sferaları əldə etmişdir. Ortaq ünsiyyət vasitəsi olan dillərin, özəlliklə də ingilis, ispan, çin dillərinin və latın əsaslı əlifbaların işlənilmə funksionallığı və sahələri genişlənmişdir. Dünyada danışılan bir çox dil artıq sadəcə kütləvi informasiya və təlim-tərbiyə vasitələri və ya diplomatik ədaqələr vasitəsilə yayılmır. Həmin dillərin funksionallığının genişlənməsi həm də daşıyıcılarının dünyanın iqtisadi olaraq inkişaf etmiş və etməkdə olan və üçüncü dünya ölkələrində yayılması ilə də özünü göstərir. Bunun nəticəsində yeni dil-işlənilmə və tərcümə-çevrilmə bölgələrinin təşəkkül tapması ilə fərqli sosiolinqvistik şərtlərin yaranmasına yol açır. Bir-birinə ən yaxın olan qohum dillər olan Avrasiya türkcələri arasındakı əlaqələr də yeni bir ədəbi və danışıq dili işlənilməsi və çevrilməsi müstəvisində inkişaf etməyə başlamışdır.

Elm və texnikanın inkişafı, millətlərarası yeni iqtisadi, siyasi, mədəni sahələrin və əlaqələrin yaranması nəticəsində Hind-Avropa mənşəli onlarla yeni söz və termrnin bu gün Azərbaycan dilində işlənildiyi də müşahidə olunmaqdadır. Məs.: nostalci, nostalgiya, konsorsium, metalitet, aura, kompüter, monitor, not-buk, mobil telofon, media, aksion, konsern, terminal, konstruktiv, tender (ihalə), konvensiya, konsolidasiya, qlobal, sammit (zirvə), sponsor, opsion (hissə sənədi), legitim, deportasiya, prezentasiya (təqdimat), passionarlıq və s. Həmin sözlərin bir çoxunun Azərbaycan dilinə keçməsinə Türkiyə türkcəsinin də müəyyən rolunun olduğu inkar edilə bilməz.

Türkiyə və Azərbaycan münasibətləri kontekstində Azərbaycan dilindəki bir sıra ərəb, fars və slavyan mənşəli sözlərin və dil-danışıq qəliblərinin yerinə Türkiyə türkcəsindən yeni söz və ifadələrin alınması diqqəti daha çox çəkməkdədir. Sözügedən linqvistik gəlişmə son dövrlərdə türkoloji dilçilikdə ayrıca olaraq vurğulanmaqdadır. Həmin alınmalar Türkiyə və Azərbaycan türkcələrində yeni yaranan eyni sosiolinqvistik şərtlərə və dil-danışıq ortamına bağlı olaraq ortaya çıxmaqdadır. Bunlar dil-nitq vahidlərinin və digər ünsiyyət vasitələrinin çoxmənalılığının, sinoninimliyinin, omonimliyinin, antonimliyinin və s. inkişafının və həmin dillər arasında dil-işlənilmə, tərcümə oluna və çevrilə bilmə əlaqələri potensialının genişlənməsinin ən açıq göstəricisidir.Bu alınmalar leksik-terminoloji mənşəyi; leksikoqrafik, diskursiv və funksional işlənilmə müxtəlifliyinə əsasən aşağıdakı qruplara ayrıla bilər.

Türk mənşəli leksik-funksional alınmalar. Bu gün Azərbaycan dilində bəzi ərəb və fars mənşəli sözlərin yerində Türkiyə türkcəsindən alınan türk mənşəli sözlər işlənilməkdədir. Qeyd olunmalıdır ki, həmin leksik vahidlər artıq Azərbaycan dilində getdikcə daha çox vətəndaşlıq hüququ qazanmaqdaır. Həmin sözlərə aşağıdakılar örnək olaraq göstərilə bilər:

«Hadisə» – olay; «təhqiqat və tədqiqat» – araşdırma; «inkişaf və ya tərəqqi»-gəlişməgəlişim və dəyişmə\dəyişim.

«İzah etməkşərh etmək» yerinə «açıqlamaq»; «izah və ya şərh» yerinə «açıqlama və ya açıqlanma»; «əhəmiyyət» yerinə «önəm», «əhəmiyyətli» yerinə «önəmli»; «nəşr etməkçap etmək» yerinə «yayınlamaqyayımlamaq», «nəşrçap yerinə «yayınyayım; «iclas yerinə «toplantı», «vəziyyət» yerinə «durum», «xüsusi» yerinə «özəl», «həsrət çəkmək» yerinə «özləmək», «mənbə» «məxəz» yerinə «qaynaq» və s.

Bəzi sinonim səciyyəli sözlər və dil-ifadə ləlibləri bu gün çağdaş Türkiyə və Azərbaycan türkcələrində ortaq olaraq işlənilməkdədir. Həmin sözlər və dil-ifadə qəliblərinin çağdaş Azərbaycan türkcəsində işlənilməsini bütövlükdə millətlərarası yeni sosial aura və buna bağlı olaraq da iqtisadi, siyasi və mədəni əlaqalər müəyyənləşdirməkdədir.

Uzun illər imperiyanın əsarətində qalmış türk dillərinin bir-birinə daha çox yaxınlaşdığı, ortaq dil, ortaq əlifba ideyalarının meydana çıxdığı bir zamaenda Türkiyə və Azərbaycan türkcələrinin də müqayisəli tədqiqi və tədrisi məsələlərinə çox ehtiyac və zərurət duyulur.

Bu gün Türkiyə universitetlərində Azərbaycan ədəbiyyatının, dilinin öyrədilməsi, bizdə isə Türk dilinin, ədəbiyyatının tədrisi qarşılıqlı olaraq bu dillərə xalqın da böyük marağı olduğunu göstərir. Bulə ki, «ziyalılarımızın doğma ana dili ilə yanaşı, həm də qardaş türk xalqlarının dilini, mədəniyyətini və tarixini bilməsi vacibdir. Çünki biz ana dilimizin təşəkkülü tarixini, mədəniyyətimizin tarixini, xalqımızın tarixini qardaş türk xalqlarının tarixindçən ayrılıqda götürülmüqş halda öyrənə bilmərik» («Azərbaycan müəllimi» qəzeti, 2002, № 7)

İctimai həyatın əlamətdar dərəcədə siyasiləşməsi dilimizin leksikasına ciddi təsir göstərmiş və Azərbaycan dilinin ictimai-siyasi sözlərinin kəmiyyət və keyfiyyət göstəriciləri xeyli dəyişmişdir. 1991-ci ilin 18 oktyabrında respublikanın müstəqilliyi elan ediləndən Azərbaycan dilinin dövlət dili kimi fəaliyyət sferası xeyli güclənmiş, dil həyatı, dil quruculuğu zənginləşmişdir.

Sovet dövləti dağılandan sonra respublikamızın müstəqil şəkildə xarici ölkələrlə qurduğu əlaqələr nəticəsində hər bir sahədə olduğu kimi, dilin lüğət tərkibinə də yeni söz və terminlər axını başlanır. Qərbdən gələn söz və ifadələr istər-istəməz rus dilindən birbaşa keçən sözlərin qarşısını alır. Belə sözləri əslinə qalanda alınma söz saymaq olmaz. Ona görə ki, belə sözlərin kökü əsasən ümumtürk vahidlərindən ibarətdir. Azərbaycan dilinin müasir dövründə öz işləkliyini dayandırmış belə sözlər sonradan Türkiyə ilə yeni əlaqələr, münasibətlər nəticəsində dildə fəallaşmağa başlayır. Yəni insanların qulağı yeni sözlər, ifadələr eşidir.

Həmin söz və ifadələrin birinci növbədə qəzet dilində işlədilməsinə cəhd göstərilir. Sonra digər kütləvi informasiya vasitələrinin dilinə keçir. Mətbuat işçiləri sanki «yenilik» xatirinə yazılarında həmin sözləri işlədirlər. Hələ vətəndaşlıq deyilən bir hüququ qazanmamış belə sözlərin dilimizdə istifadə olunmasına bəzi mütəxəssislər «siyasi don» geydirirlər. Belə sözlərin əleyhinə qəzetlərdə, radio və teliviziyada çıxışlar edirlər. Bir qrup dilçilər də milli qarşılıq olduğu üçün belə sözlərinin gəlişindən razı qalırlar. İndi artıq Azərbaycan dilində işlənən türk dili sözlərinin kəmiyyəti daha da artmışdır: olay, dəstək, önəm, öndər, dirəniş, gündəm, qatılmaq və s.

Bizim fikrimizcə, dilimizdə yeni işlənən türk sözləri uzun müddət dilimizdə işlənən ərəb-fars sözlərinin qarşılığı kimi işlənirsə, bunu uğurlu saymaq lazımdır. Məs.: əhəmiyyət-önəm: Bizim ölkədə müstəqilliyin qiymətinə belə önəm verilməsini də düzgün anlamaq lazımdır («Yeni müsavat», 2 may 2008-ci il);

Rəhbər-öndər: Müsabiqənin məqsədi odur ki, gənc nəsil ulu öndər Heydər Əliyevin böyüklüyünü dərk etsin («Yeni müsavat» qəzeti);

Kömək-dəstək: Azərbaycanın Kremlin qəzəbinə gəlməsi son illərdə onun Gürçüstana dəstək verməsidir (YM);

Vəziyyət-durum: Ölkədə siyasi durum kəskinləşirdi («Yeni müsavat» qəzeti);

Bəzi türk sözləri dilimizdə milli sözün qarşılığı kimi işlənir. Məs.: yığıncaq sözü ilə yanaşı toplantı sözü də işlənir;

Amma bəzi türk sözlərini yersiz saymaq olar. Məsələn, «yetənəksiz» sözü: …bizim xalqımız, fətəkar mətbuatımız belə yetənəksiz, yerində olmayan, mövcudluğu müsibət olan insanlarla üz-üzə qalıb («Yeni müsavat» qəzeti);

«Düşərgə» sözü öz məzmununu dəyişmiş: hakim düşərgə. Bu sözün çoxmənalılığı onun siyasi mənasının dərk olunmiasında çətinlik yaradır;

Mürəkkəb sözlərin bir hissəsi türk sözüdür: seçkiöncəsi-seçkiqabağı.

 

Mənbə: Cahid.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR