Slimfit
  1. DÜNYA

Türkiyə və ABŞ-ın Suriyada birgə təhlükəsiz bölgə yaratması mümkün olmayıb

Türkiyə və ABŞ-ın Suriyada birgə təhlükəsiz bölgə yaratması mümkün olmayıb
Sakura

Türkiyə və ABŞ-ın Suriyada birgə təhlükəsiz bölgə yaratması mümkün olmayıb

"Təəssüf ki, Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılması ilə bağlı arzu etdiyimiz nəticəni əldə edə bilmədik".

Report” xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci çağırış 3-cü qanunverici ilinin açılşı mərasimində çıxışı zamanı deyib.

“Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmayıb. Türkiyə bir gün belə itirə bilməz”, - R.T.Ərdoğan vurğulayıb.

Xatırladaq ki, sentyabrın 18-də R.T.Ərdoğan Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığı danışıqların iki həftə ərzində nəticə vermədiyi halda öz hərəkət planlarının işə düşəcəyi barədə məlumat vermişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR