Slimfit
  1. DÜNYA

Türkiyə və ABŞ-ın Müdafiə nazirləri Brüsseldə Suriya mövzusunu müzakirə ediblər

Türkiyə və ABŞ-ın Müdafiə nazirləri Brüsseldə Suriya mövzusunu müzakirə ediblər
Sakura

Türkiyə və ABŞ-ın Müdafiə nazirləri Brüsseldə Suriya mövzusunu müzakirə ediblər

Türkiyənin Müdafiə naziri Hulusi Akar Brüsseldə ABŞ-ın Müdafiə naziri Mark Esperlə görüşüb. Görüşdə həmkarlar Suriya və İraqın təhlükəsizlik məsələsini müzakirə ediblər.

APA-nın Türkiyə bürosunun NTV televiziyasına istinadla verdiyi xəbərə görə, nazirlər NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldəki toplantısından sonra görüşüblər və İdlib mövzusu üzərində xüsusi olaraq dayanıblar. Mark Esper həm ABŞ-ın, həm də NATO-nun İdliblə bağlı faktlara istinadla Türkiyəyə dəstək vermək istədiyini bildirib.

Səfər çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə, eləcə də NATO-nun yüksək səviyyəli nümayəndələri ilə görüşən Hulusi Akar Əfqanıstandakı vəziyyətin müzakirəsi ilə bağlı Almaniya, Gürcüstan, Rumıniya, Polşa, Norveç Müdafiə nazirlərinin birgə iştirak etdiyi toplantıya da qatılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR