Dərc edildi: Baxış sayı: 454
Türkiyə un ixracına qadağa qoydu
Türkiyədə unun istehlak qiymətlərini qoruyub-saxlamaq məqsədilə bu məhsulun ixracı məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, Türkiyədə 50 kiloqramı 75 lirə olan unun qiyməti son günlər 95-100 lirəyə yüksəlmişdi.
Türkiyə Ticarət Nazirliyinin açıqlamasına görə, ixracına qadağa qoyluna un növü ümumi un ixracının 1 faizini təşkil edir. Bildirilir ki, məhdudlaşdırma müvəqqətidir. Qiymətlər tənzimləndikdən sonra məhdudlaşdırılma aradan qaldırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət