Dərc edildi: Baxış sayı: 603
Türkiyə tədqiqat işləri üçün Qara dənizə daha bir gəmi göndərir
Türkiyə kəşfiyyat işləri üçün daha bir tədqiqat gəmisini Qara dənizə göndərəcək.
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz bildirib.
“Geriyə sayım başladı. Enerji müstəqilliyimizin simvolu olaraq donanmamız daha bir gəmi ilə təmin ediləcək. Hazırda təlim keçən “Kanuni” tədqiqat gəmisi Qara dənizdə işə başlayacaq və “Fatih” gəmisinin gücünü artıracaq”, - deyə nazir “Twitter” səhifəsində yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət