Dərc edildi: Baxış sayı: 219
Türkiyə Superliqası: “Qalatasaray” öz meydanında “Hatayspor”u məğlub edib
Futbol üzrə Türkiyə Superliqasının XXXI turuna start verilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, "Qalatasaray" öz meydanında “Hatayspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Mauro İkardi vurub.
“Qalatasaray” bu qələbədən sonra xalını 84-ə çatdıraraq, turnir cədvəlinə başçılıq edir. Komanda rəqibi “Fənərbağça”dan 5 xal öndədir.
Qeyd edək ki, "Antalyaspor" - "Ankaragücü" matçı qollu heç-heçə ilə başa çatıb. Günün digər matçlarında “Rizəspor” səfərdə “İstanbulspor”u 4:0, “Alanyaspor” “Qaziantep”i 3:0 hesabı ilə məğlub edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət