Türkiyə siyasətçiləri İlham Əliyevə uğurlar arzulayıblar
Prezident seçkilərinin nəticəsinin qardaş Azərbaycan xalqı və bölgə üçün xeyirli olmasını arzu edirəm.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə “X”də yazıb.
“Can Azərbaycanda bu gün (dünən-red) keçirilən prezident seçkilərində Azərbaycan xalqının dəstəyi ilə yenidən prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə gələcəyə daha güclü, qətiyyətli şəkildə irəliləməyə davam edecək”, - C.Yılmaz bildirib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət