Slimfit
  1. SİYASƏT

Türkiyə səfiri: "Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu"

Türkiyə səfiri: "Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu"
Sakura

Türkiyə səfiri: "Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu"

"Bu yeni dövrdə üzərimizə düşən vəzifə səylə, canfəşanlıqla və məsuliyyət hissi ilə xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini sarsılmaz təməllərlə gücləndirməkdir".

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

"Məqsədimiz əlaqələrimizi siyasi, iqtisadi və mədəni sahə başda olmaqla, bütün sahələrdə dərinləşdirmək və artırmaqdır. Daha çox inkişaf etdiriləcək və möhkəmləndiriləcək dostluq və əməkdaşlığın dünya sülhünə və təhlükəsizliyinə olduğu qədər, iki ölkənin ortaq maraqlarına da töhfə verəcəyinə səmimi qəlbdən inanırıq. Ticarət dövriyyəsinin artırılması qədər, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığın inkişaf etdirilməli olduğuna, ortaq tarix, qədim mədəniyyət və ənənələrdən bəslənən xalqlarımız arasındakı dostluğun və qardaşlığın möhkəmləndirilməli olduğuna inanırıq. Dövlətimiz və millətimizin maraqları naminə dostluqları daha güclü edəcəyik. Biz gələcəyi daha yaxşı görürük.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın dünyada başqa bir nümunəsi yoxdur. Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğrulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, bölgədə və dünyada güclü olmalarına töhfə verməkdir", - diplomat bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR