Slimfit
  1. DÜNYA

Türkiyə Rusiyaya xəbərdarlıq etdi

Türkiyə Rusiyaya xəbərdarlıq etdi
Sakura

Türkiyə Rusiyaya xəbərdarlıq etdi

“Rusiya əsgəri türk gəmisi "Şükrü Okan"a basqın etdi, Türkiyə hökuməti reaksiya vermədi” kimi iddialar manipulyasiyadır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.

“Mətbuatda yayılan və rus əsgərlərinin "Şükrü Okan" adlı gəmiyə müdaxilə etdiyi yer Türkiyənin ərazi suları deyil, beynəlxalq sulardır.

"Şükür Okan" adlı gəminin sahibi türk olsa da, Türkiyə bayrağı altında üzən gəmi deyil. Beynəlxalq hüquqda gəminin adı və ya heyətindən əlavə, önəmli olan “bayraq dövləti”dir. Bütün bunlara rəğmən gəmiyə edilən müdaxilədən sonra Rusiyadakı həmkarlar Qara dənizdə gərginliyi artıracaq cəhdlərdən uzaq durmaları üçün münasib formada xəbərdarlıq edilib”, - deyə bildirilib.

Xatırladaq ki, avqustun 13-də Rusiya hərbi gəmisi Qara dənizdə Palau bayrağı altında üzən “Şükrü Okan” yük gəmisini dayandırmağa məcbur etmək üçün ona xəbərdarlıq atəşi açıb. Bundan sonra rus hərbçiləri gəmiyə enərək axtarış aparıblar. Buna səbəb gəminin Ukrayna limanına üz tutması olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR