Slimfit
  1. DÜNYA

Türkiyə Rusiyadan daha hansı silahlar alır? - Detallar

Türkiyə Rusiyadan daha hansı silahlar alır? - Detallar
Sakura

Türkiyə Rusiyadan daha hansı silahlar alır? - Detallar

S-400 zenit raket komplekslərini almaqla Yaxın Şərq və Aralıq dənizi regionunda özünün geosiyasi və hərbi-siyasi oyununu oynayan Türkiyə kimi güclü və gələcəyə yönələn bir oyunçu səhnəyə çıxır.

Moskva və Ankaranın bu əməliyyatı yalnız tarixən çox mürəkkəb olan Rusiya-Türkiyə münasibətlərinə böyük töhfə verməklə qalmır, həmçinin Türkiyənin hərbi cəhətdən güclü və siyasi cəhətdən asılı olmayan supergüc olmasına şərait yaratmaqla Yaxın Şərq və Şərqi Aralıq dənizi regionunda yeni bir siyasi və geosiyasi reallıq formalaşdırır. S-400-lər Türkiyə ilə Rusiyanın hərbi-texniki əməkdaşlığının heç də yeganə obyekti olmayacaq.

Bu barədə Axar.az-a politoloq Rüstəm Şahsuvarov Moskva və Ankara arasında müxtəlif mənzilli HHM sistemləri və tank əleyhinə komplekslərin alınması ilə bağlı danışıqlar getməsinə dair yayılan məlumatları şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, uzaqmənzilli HHM sistemləri sayılan S-400-lər yaxınmənzilli zenit atəş vasitələrinin müdafiəsinə ehtiyac duyur. Bundan əlavə, kompleks düşmənin kütləvi hücumunu dəf edə bilmir və çətin relyef şəraitində alçaqdan uçan hava hücum vasitələrinin vurulmasına zəmanət verə bilmir. Ancaq örtüyün (müdafiə) düzgün təşkil edilməsi nəticəsində “Triumf”un çatışmazlıqları üstünlüyə çevrilir. Belə ki, tamamilə örtülmüş zenit raket kompleksi hədəfi hətta üfüqdən kənarda da vurmaq iqtidarındadır. Lakin S-400-lərin bütün imkanlarının ortaya çıxması üçün orta və yaxın mənzilli sistemlər olmalıdır.

Ekspertin fikrincə, S-400-lər “dronları sındıran” adı ilə tanınan “Şipovnik-AERO”, “Krasuxa-4” radioelektron mübarizə sistemləri, həmçinin eşelonlaşdırılmış yaxın və orta mənzilli HHM sistemləri ilə birlikdə faktiki olaraq toxunulmaz silaha çevrilir.

“Hələlik Türkiyənin istəyi ilə S-400 zenit raket komplekslərinin sürətləndirilmiş rejimdə çatdırılması davam edir. S-400-lərin dislokasiya ərazisində mühafizəsini təşkil etmək üçün “Buk”, “Tor” və “Pançir” sistemlərinin əldə edilməsindən sonra isə “Triumflar” Ankaranın keçilməz hava qalxanına çevriləcək”, - Şahsuvarov bildirib.

Türk ekspert, tarix elmləri namizədi, İstanbul Universitetinin professoru Məhməd Perinçəkin sözlərinə görə, Türkiyənin S-400 sistemlərini əldə etməsi tamamilə düzgün yanaşmadır. Çünki Ankara NATO üzvü olmasına baxmayaraq, alyans üzvləri istiqamətindən mütəmadi olaraq təhdidləri hiss edir.

“Buna görə də Ankaraya müttəfiqlərindən asılı olmayan HHM sistemləri lazımdır. Hələ ki, ölkə kimi onları istehsal edə bilmirsə, demək, ən yaxşı olaraq qəbul edilmiş rus sistemlərini almalıdır”, - Perinçək bildirib.

 

Ekspert Şərqi Aralıq dənizi regionunda hazırda aktiv şəkildə silahlanma getdiyini qeyd edib. O, bu fikrinə əsas kimi Cənubi Kipr, Rumıniya, Yunanıstan və İspaniyanın 2020-ci ilə qədər zirehli tank qoşunlarını tamamilə Leopard-2A7-lərlə və ya oxşar texnika ilə təchiz etmək istəməsini göstərib:

“230 tankın çatdırılması gözlənilir: onlardan 30-u Rumıniya, qalanları isə ispan, yunan və kiprlilərə veriləcək. Sözügedən fakt bu cür hədəflərin vurulması üçün vasitələr axtaran Ankaranın narahatlığına səbəb olmaya bilməz. Bu cür alman “pişik”lərinin zəmanətli şəkildə sıradan çıxarılması üçün Rusiya istehsalı “Kornet”lər və ABŞ-ın “FGM-148 Javelin”ləri münasibdir. Üstəlik “Kornet” tank əleyhinə raket komplekslərinin modernizasiyasından sonra sözügedən kompleks düşmənin texnikasını zirehinin ən zəif olduğu nöqtələrdən vurmaq qabiliyyətinə malikdir”, - ekspert qeyd edib.

Sözügedən kompleksin raketləri zirehli hədəfi 10 kilometr mənzildə zərərsizləşdirmək iqtidarındadır. Məlumata görə, hərbi sursat 1 metr qalınlığındakı zirehi dələ bilər.

“Şərqi Aralıq dənizi regionunda Türkiyə ilə bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən Kipr və Yunanıstan arasında kəskin qarşıdurma yaranıb. Hazırda Türkiyə əleyhinə koalisiyanın konturları və tərəflərin mövqeləri aydın şəkildə cızılıb. Əslində Soyuq müharibə gedir. Buna görə də Ankara mütləq Suriya məsələsində müttəfiqləri – Rusiya və İranla əməkdaşlıq etməlidir. Türkiyə qətiyyət nümayiş etdirməli və Suriyada etdiyi kimi maraqlarına qarşı istənilən təcavüz aktına qarşı dura biləcəyini göstərməlidir”, - Perinçək qeyd edib.

Söhbətin sonunda Rüstəm Şahsuvarov bildirib ki, regionda ciddi baxışları və planları olan gənc hərbi-siyasi supergüc kimi Türkiyəyə Moskvailə əməkdaşlıq mütləq şəkildə gərəklidir:

“Türkiyə ağıllarına hara gəlsə orada uçan, haranı istəsə oranı bombalayanlara qarşı öz təhlükəsizliyini, ilk növbədə səmasının mühafizəsini təmin etməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR