Dərc edildi: Baxış sayı: 487
Türkiyə Rusiya ilə çox ciddi qərar verə bilər - Ekspert
Moskva ilə Ankara arasında hərbi təyyarələrin alışı ilə bağlı davam edən müzakirələr artıq konkret mərhələyə keçib.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli hərbi professor Məsud Haqqı bildirib.
"Türkiyə hazırda çox ciddi qərarvermə mərhələsindədir. Buna səbəb olan amillərdən biri Türkiyənin pulunu ödədiyi F-35-lərin hələ də təhvil verilməməsidir. Bu, Türkiyə ictimaiyyətini narahat edir. Bütün bu hadisələr S-400 raket sistemləri ilə bağlıdır. Halbuki bu, beynəlxalq hüquqa ziddir. Türkiyə qanuni olaraq F-35 təyyarələrinin istehsalçılarından biridir", - Haqqı deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət