Slimfit
  1. TÜRKİYƏ

Türkiyə Prezidenti: “Kırımın ilhaqını tanımamaq yönündə prinsipial qərarımıza sadiqik”

Türkiyə Prezidenti: “Kırımın ilhaqını tanımamaq yönündə prinsipial qərarımıza sadiqik”
Sakura

Türkiyə Prezidenti: “Kırımın ilhaqını tanımamaq yönündə prinsipial qərarımıza sadiqik”

“Ukraynanın beynəlxalq ictimaiyyəti Kırım mövzusunda bir araya gətirmək baxımından təşəbbüsünü və  Kırım platformasını dəstəkləyirik. Bu təşəbbüsün Kırım tatarları daxil olmaqla, bütün Kırım və Ukrayna üçün müsbət nəticələrə vəsilə olmasını arzu edirik”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. 

Ərdoğan Zelenski ilə görüşündə Türkiyə-Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi, qarşılıqlı ticarət həcminin 10 milyard dollara çatdırılması, turizm, regionda sülh və sabitliyin qorunması, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına dair layihələrin reallaşdırılması üçün hərtərəfli fikir mübadiləsi aparıldığını deyib.

“Kırımın ilhaqını tanımamaq yönündə prinsipial qərarımıza sadiqik”, deyə bildirən Türkiyə Prezidenti ana vətənlərini tərk etmiş Kırım tatarlarının həyat şəraitlərinin yaxşılaşdırılması üçün Türkiyənin iki layihəsinin mövcud olduğunu bildirib: “Kırım tatarları üçün yaşayış məntəqəsi və məscid inşa edəcəyik. Bu günki görüşümüzdə mənzil tikintisi üçün layihəmizə imza atdıq, məscid inşası üçün də çox yaxın zamanda hərəkətə keçiləcəyinə ümid edirk”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR