Slimfit
  1. TÜRKİYƏ

Türkiyə prezidenti: 'Hədəfimiz neft deyil'

Türkiyə prezidenti: 'Hədəfimiz neft deyil'
Sakura

Türkiyə prezidenti: 'Hədəfimiz neft deyil'

“Erməni soyqırımı” kimi iftiralardan qurtula bilmirik”

Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayında keçirilən 2-ci İstanbul Beynəlxalq Ombudsmanlıq Konfransında bildirib.

"Gələcək nəsil bunun qiymətini verəcək. Tarix bunu edənləri qiymətləndirəcək. Ən tragikomediya isə öz təhlükəsizliyimizi qorumaq üçün atdığımız addımlara görə sanksiyalarla təhdidə məruz qalmağımızdır. Tarix bu olanların hamısını qeyd edir. Bizim hədəfimiz neft deyil. Biz insanı sevirik, onun üçün ayrı-seçkilik etmərik. “Mənə toxunmayan ilan min yaşasın” deməyib, terror qruplaşmalarının hinlərinə girib onları yerlə bir edirik. Türkiyə bu fəaliyyəti ilə bütün beynəlxalq ictimaiyyətin vicdan borcunu ödəyir. Bəziləri neft yataqlarını paylaşır. Bizim qarşımıza da bunu çıxarırlar. “Bizim dərdimiz bu deyil” - dedik. "Bizim əhəmiyyət verdiyimiz neft deyil, insandır. Bu insanları xilas etməkdir" - dedik. Neft və ya siyasi maraqları üçün terror qruplaşmaları ilə qol-qola girməkdən çəkinməyən dövlətlər varkən bizim qürurlu davranışımız davam edir", - o deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR