Türkiyə prezidenti ABŞ-yə səfər edəcək
Türkiyə prezidenti ABŞ-yə səfər edəcək
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.
Səfər sentyabrın 17-21-də baş tutacaq.
Məlumata görə, Türkiyə prezidenti BMT Baş Assambleyasında dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsi və digər mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.
Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və təşkilatın bütün 193 üzvünün daxil olduğu BMT-nin əsas məşvərətçi, siyasi və nümayəndəlik orqanıdır. Assambleyanın əsas sessiyası hər il sentyabr-dekabr aylarında keçirilir.
Bundan əlavə, sentyabrda Türkiyə prezidenti G20 liderlərinin sammitində iştirak edəcək. Sammitdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.
Mənbə: Star
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət