Dərc edildi: Baxış sayı: 533
Türkiyə Pezident Adminstrasiyası Ərdoğanın Rusiya səfəri haqqında məlumat yayıb
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün başlıca məqsədi Suriyanın şimalında atəşkəsin təmin olunmasıdır”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatında belə deyilir.
Məlumatda həmçinin qeyd edilib ki, görüşdə liderlər İdlib mövzusu ilə yanaşı, Rusiya-Türkiyə münasibətlərini də müzakirə edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət