Türkiyə ordusu Suriyada 11 PKK-lını məhv etdi
Türkiyənin xüsusi təyinatlıları “Fərat Qalxanı” və “Sülh baharı” əməliyyatları zonasına nüfuz etməyə çalışan PKK / YPG-nın 11 üzvünü zərərsizləşdirib.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.
2016-cı ilin avqust ayında Türk ordusu Suriya müxalifətinin iştirakı ilə İŞİD terror qruplaşmasının silahlılarına qarşı “Fərat Qalxanı” əməliyyatına başlayıb və ölkənin şimalında, sərhəddə yerləşən Jarablusu, eləcə də Azaz və Əl-Bab şəhərlərini alıb.
17 oktyabr 2019-cu il tarixində ABŞ və Türkiyə razılığa gəlib ki, rəsmi Ankara Suriyanın şimal-şərqində “Sülh mənbəyi” hərbi əməliyyatına başlaya və müstəqil şəkildə 30 kilometrlik bufer zonasına nəzarət edə bilər. Məqsəd isə kürd birləşmələrinin o bölgədən geri çəkilməsinə nail olmaqdır.
Daha sonra Türkiyə Prezidenti Tayyib Ərdoğan ABŞ-ın Suriya ilə bağlı razılaşmalar çərçivəsində Türkiyə qarşısında öhdəliklərini tam yerinə yetirmədiyini və Ankaranın bu mövzuda güzəştə getməyəcəyini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət