Slimfit
  1. AZƏRBAYCAN

Türkiyə Ombudsmanı: “Azərbaycanla dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil”

Türkiyə Ombudsmanı: “Azərbaycanla dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil”
Sakura

Türkiyə Ombudsmanı: “Azərbaycanla dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil”

“Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri var. Hər iki ölkənin prezidentləri bu bağlılığı bütün sahələrdə nümayiş etdirirlər. Bu dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil”.

Report” xəbər verir ki, Türkiyə Respublikasının İnsan hüquqları üzrə Müvəkkili, Ombudsmanı Şeref Malkoç VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə" interaktiv müzakirədə deyib.

Onun sözlərinə görə, dünyanın bir çox regionlarında münaqişələr, toqquşmalar davam etməkdədir, insanların hüquqları təhlükə altındadır: "Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf rayonların ərazisi ermənilər tərəfindən işğal edilib. Buna görə də Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Bunun sosial sıxıntısı var. Türkiyə 3 milyon qaçqın suriyalıya qapılarını açdı. Onların ailə üzvlərinin bir hissəsi müharibədə həlak olub. Bu, fəlakətdir. Dünyadakı bu problemlər aradan qaldırılmalıdır. Türkiyə də bu problemlərin aradan qaldırılması ilə bağlı addımlar atır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR