Türkiyə Naxçıvanda ordu yerləşdirəcək - Safrastyan
Əgər Türkiyənin Rusiya ilə münasibətləri soyuqlaşsa, o zaman xaricdəki üçüncü hərbi bazasını Naxçıvanda açacaq.
Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan deyib.
“Hazırkı Rusiya-Türkiyə münasibətlərinin strateji və tərəfdaşlıq əsasları yoxdur. Bu, daha çox konyunktura ilə bağlıdır. Hökumətlərin münasibətlərində soyuqlaşma başlayan kimi Türkiyə Qafqazdakı mövcudluğunu aktivləşdirəcək.
Türkiyə üçün regionda yeganə rəqib Rusiyadır və Naxçıvanda bazanın yaradılması hərbi-siyasi balansın təmin edilməsi və Rusiyanın Gümrüdəki hərbi bazasına qarşı bərabər səviyyəli güc yaradılması üçün nəzərdə tutulub. Türkiyənin artıq Sudan və Qətərdə bazası mövcuddur. Naxçıvan Türkiyə xarici siyasətinin aparıcı istiqamətlərindən biri sayılır və burada hərbi bazanın yaradılması sadəcə zaman məsələsidir”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət