Türkiyə-Misir müharibəsi başlayarsa... - Yazardan şok
Türkiyə və Misir arasında mümkün müharibədə tərəflərin heç biri qalib gəlməz.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli araşdırmaçı yazar Onur Sinan Misir parlamentinin qərarını şərh edərkən deyib.
O, Liviyada baş verəcək hər hansı provokasiya nəticəsində tərəflərin qarşıdurmaya gedəcəyini istisna etməyib:
“Misirlə sıx iqtisadi əlaqələri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyənin Şərqi Aralıqda fəaliyyətindən narahat olan Atlantik bloku Ankara-Qahirə danışıqlarını pozmaq üçün əlindən gələni edir. Vurğulamaq lazımdır ki, Türkiyə-Misir arasındakı istənilən savaşda qalib gələn tərəf olmayacaq. Buradan yalnız ABŞ-İsrail-Körfəz xətti qalib çıxar. Bu gün Fransanın da bu blokla yaxın əlaqələri var və əllərini ovuşduraraq Misir-Türkiyə qarşıdurmasını gözləyirlər”.
Qeyd edək ki, Misir parlamenti ordunun ölkənin hüdudlarından kənarda keçirilən əməliyyatlarda iştirakını təsdiqləyib. Bu qərarla Misirin Liviyaya ordu yeridəcəyi istisna edilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət