Dərc edildi: Baxış sayı: 523
Türkiyə mayın sonunda turizm mövsümünü açır: yalnız bu otellər işləyəcək
May ayının sonunda ölkədə turizm mövsümü açmaq niyyətindəyik və yalnız "sağlamlıq sertifikatı" alan otellər işləyəcək.
"Kommersant.az" xəbər verir ki, bu sözləri Türkiyə Turizm Nazirliyinin rəhbəri Məhmət Ərsoy deyib.
Yeni qaydalara əsasən, otellər otaq ehtiyatının yalnız yarısını tutmalı və işçilər üçün gündəlik tibbi müayinələr keçirməli, öz növbəsində şəxsi qoruyucu vasitələrdən istifadə etməli olacaqlar.
Nazir bildirib ki, otel restoranlarında ara məsafəsini artırmaq üçün masaların sayı azalacaq. Bufetdən imtina etmək qərara alınıb. Eyni qaydaların ölkənin digər iaşə və əyləncə məkanlarında da tətbiq ediləcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət