Slimfit
  1. TÜRKİYƏ

Türkiyə istehsalı olan avtomobilin təqdimatı keçirilib

Türkiyə istehsalı olan avtomobilin təqdimatı keçirilib
Sakura
:0

Türkiyə istehsalı olan avtomobilin təqdimatı keçirilib

Bu gün Türkiyənin Kocaeli vilayətinin Gebze şəhərində istehsal olunmuş və ölkənin ilk avtomobil markası olan “Devrim”in təqdimatı keçirilib.

Report” yerli KİV-ə istinadən xəbər verir ki, nəqliyyat vasitəsini “Türkiyə Avtomobil Təşəbbüs Qrupu" (TOGG - Türkiye Otomotiv Girişim Grubu) ərsəyə gətirib. 

Onun kütləvi istehsalına 2022-ci ildə Bursa şəhərində inşa ediləcək müəssisədə başlanacaq. “Devrim” SUV sinfindən, qabaqcıl texnologiyalara söykənməklə, bütövlüklə elektrik mühərriklə təchiz olunub. Avtomobil 200 və 400 at gücündə olmaqla iki variantda buraxılacaq. Onunla bir dəfə enerji yükləməklə 300 km və 500 km getmək mümkün olacaq. 

Təqdimat mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra yeni avtomobilin sükanı arxasına keçərək rəmzi olaraq dövlət başçısı kimi ilk sifarişini verib. Tədbirdə həmçinin sənaye və texnologiya naziri Mustafa Varank, TOGG İdarə Heyətinin sədri Rüfət Hisarcıklıoğlu və icraçı direktoru Gürcan Karakaş da iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR