Dərc edildi: Baxış sayı: 339
Türkiyə-İran sərhədində tikilən divarın 88 km-i hazırdır
Türkiyə ilə İran arasındakı sərhəd-divarın 88 km-i artıq hazırdır.
“Report” “Aksham”a istinadən xəbər verir ki, divarın hündürlüyü 3 metrdir.
Bildirilib ki, divarda istifadə edilən hər betonun ağırlığı 11 tondur. Divarın üzəri ilə 60 sm enində məftil çəkilib. Türkiyə ilə İran arasında sərhədin ümumi uzunluğu 560 km-dir. Onun 144 km-də divar tikilir.
Bu divarın tikilməsində məqsəd Türkiyə ərazisinə qanunsuz girişin və qaçaqmalçılığın qarşısının alınmasıdır. Divar tikilməyən ərazidə belə halların qarşısını almaqdan ötrü tanklara da xəndəklər qazılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət