Slimfit
  1. TÜRKİYƏ

Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir - Ərdoğan

Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir - Ərdoğan
Sakura

Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin paytaxtı Qahirədə iranlı həmkarı Məsud Pezeşkianla görüşüb.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər.

Tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Ərdoğan söyləyib ki, Türkiyə - İran əlaqələri regional sabitliyin təməlidir: “İki ölkənin 30 milyard dollarlıq qarşılıqlı ticarət həcmi hədəfinə çatması üçün imkanı var. Əlaqələri inkişaf etdirərək buna nail ola bilərik”.

 

Türkiyə lideri həmçinin vurğulayıb ki, ölkəsi sabitlik və təhlükəsizliyin hökm sürdüyü, terrordan tam təmizlənən, qaçqınların könüllü və ləyaqətli şəkildə geri qayıdacaqları Suriyanın tərəfdarıdır: “Suriyanın ərazi bütövlüyünün qorunması lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR