Dərc edildi: Baxış sayı: 341
Türkiyə ilə Ermənistan sərhədində son vəziyyət
Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində infrastrukturun qaydaya salınması üzərində iş gedir və yaxın vaxtlarda başa çatdırılacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.
"Ümid edirik ki, Türkiyə tərəfi də sözünün üstündə duracaq. Proses hələ də dayanmayıb və nümayəndə heyəti ilə əlaqə saxlayıram", - Rubinyan bildirib.
Hələlik yeni görüşlə bağlı razılığın olmadınğını deyən Rubinyan bunu razılaşmanın mövcudluğu və onun həyata keçirilməsinin zəruriliyi ilə izah edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət