Dərc edildi: Baxış sayı: 1730
Türkiyə ilə birləşsək… - Pakistan lideri
Pakistan, Türkiyə və Malayziya əhalisi çox olan böyük demokratiyalardır.
Axar.az xəbər verir ki, bu sözləri Pakistan Prezidenti Arif Alvi deyib.
“Türkiyə Yaxın Şərqdə olanlar qarşısında vacib rol oynayır, Suriyada sülhü təmin etməyə çalışır. Sülh olanda Yaxın Şərqdə və Əfqanıstanda yenidənqurma başlayacaq. Buna görə də Türkiyə, Pakistan və Malayziyanın sadəcə sülh naminə deyil, eyni zamanda müsəlman dünyasındakı tərəqqi üçün ortaq təşəbbüslərdə böyük rol oynaya biləcəyini düşünürəm”, - Alvi bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət