Slimfit
  1. HƏRB

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması barədə qərar qüvvəyə minib

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması barədə qərar qüvvəyə minib
Sakura

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması barədə qərar qüvvəyə minib

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə ölkə parlamentinə göndərilən qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.

Qərara əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR