Slimfit
  1. DÜNYA

Türkiyə: Həbs olunan İŞİD-çilər və ailələri nəzarətimizdədir

Türkiyə: Həbs olunan İŞİD-çilər və ailələri nəzarətimizdədir
Sakura

Türkiyə: Həbs olunan İŞİD-çilər və ailələri nəzarətimizdədir

Suriyanın şimalındakı "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatı çərçivəsində terrorçulardan təmizlənmiş sahələrdəki həbsxanalarda tutulan İŞİD ünsürləri və onların düşərgələrdəki ailələri Türkiyənin nəzarətindədir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib. O bildirib ki, bu nəzarət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla son telefon danışıqlarına uyğun olaraq aparılacaq:

"İŞİD üzvlərinin və ailələrinin bu mərhələdə Suriyanın terrorçulardan təmizlənmiş bölgələrində saxlanılması istimaqətində işlər görüləcək. İŞİD-çilərin cinayətlə əlaqəsi olmayan həyat yoldaşlarının və uşaqlarının reabilitasiyası məsələsində vətəndaşı olduqları ölkələr və beynəlxalq təşkilatlarla birlikdə çalışmağa hazırıq.

Digər tərəfdən, hələlik həll kimi Suriyada saxlanılan xarici terrorçu döyüşçülərin və onların ailələrinin mənsub olduqları ölkəyə geri qaytarılması, mühakimə olunması və reabilitasiyası məsələlərinin olduğu bilinməlidir. Türkiyə beynəlxalq cəmiyyətin bu istiqamətdə etdiyi cəhdlərə hər cür dəstək verməyə damam edəcək“.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR