Dərc edildi: Baxış sayı: 544
Türkiyə futbol klubunun prezidenti koronavirusdan öldü
Türkiyənin "Zeytinburnu Telsizspor" klubunun prezidenti Turgay Kalyoncu dünyasını dəyişib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna koronavirus səbəb olub. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Turgay Kalyoncu şəkərli diabet və xroniki xəstəlikdən əziyyət çəkirdi. Onun sabah Zeytinburnunda dəfn olunacağı bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət