Slimfit
  1. TÜRKİYƏ

Türkiyə Ermənistandan gələn yük maşınları üçün sərhədi açmayıb

Türkiyə Ermənistandan gələn yük maşınları üçün sərhədi açmayıb
Sakura

Ötən gün “Habertürk” portalı Türkiyənin Ermənistandan gələn yüzlərlə yük maşını üçün sərhədi açması…

Ötən gün “Habertürk” portalı Türkiyənin Ermənistandan gələn yüzlərlə yük maşını üçün sərhədi açması barədə xəbər yaymışdı.

Oxu.Az “Moskva- Baku”ya istinadən xəbər verir ki, nəşr Trabzon limanından hər il Ermənistana məxsus 400 yük maşınının keçməsi barədə məlumat yayıb.

Bu icazənin Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən verildiyi bildirilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Həmid Karadənizsəfir Erkan Özala istinadən bu xəbəri təkzib edib.

“Bir sıra mətbuat orqanlarında Türkiyənin Ermənistandan gələn yük maşınları üçün sərhədi açması xəbəri həqiqəti əks etdirmir. Türkiyənin Gürcüstandakı səfirliyinin belə bir icazə verməsi müzakirə mövzusu ola bilməz”, - deyə Həmid Karadəniz vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR