Dərc edildi: Baxış sayı: 538
Türkiyə Ermənistana heç bir yardım etməyib - Rəsmi açıqlama
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan Türkiyənin Ermənistana COVID-19-la bağlı yaranmış duruma görə yardım etməsi barədə məlumatı təkzib edib.
EDNews.net-ə açıqlamasında mətbuat müşaviri sadəcə 70 erməni əsilli Türkiyə Cumhuriyyəti vətəndaşının Gürcüstandan ölkəyə gətirildiyini bildirib. O, bundan savayı Ermənistana heç bir dövlət yardımı edilmədiyini əlavə edib.
Qeyd edək ki, daha öncə mətbuatda Türkiyənin Ermənistana dərman tədarükü göndərməsilə bağlı xəbərlər yer almışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət