Slimfit
  1. DÜNYA

Türkiyə daha bir ölkədə qaz və neft axtarmağa başlayır

Türkiyə daha bir ölkədə qaz və neft axtarmağa başlayır
Sakura

Türkiyə daha bir ölkədə qaz və neft axtarmağa başlayır

Türkiyənin Qara dənizdə qaz yatağı tapması, Aralıq dənizində kəşfiyyat işləri Yunanıstanla münasibətləri gərginləşdirib.

Üstəlik, başda Fransa olmaqla bir çox Avropa dövlətləri də Ankara haqda sərt danışır. Buna baxmayaraq, Türkiyə yolundan dönməyi düşünmür.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, Türkiyə daha bir ölkədə qaz və neft axtarmağa başlayır. Qardaş ölkə Sirte hövzəsində kəşfiyyata başlamağa hazırdır. Bunun üçün Liviya milli hökuməti ilə danışıqlara hazırlıq gedir. Boğaziçi Universitetinin dərnək başqanı Gürkan Kumbaroğlu Sirte hövzəsində böyük potensial olduğunu bildirib. Onun sözlərinə görə, həmin bölgədə çoxlu qaz və neft çıxarılır. Kumbaroğlu Türkiyənin istəyinə çatacağına inanır. Dərnək başqanı Aralıq dənizindəki kəşfiyyat işlərini də yüksək qiymətləndirib. Kumbaroğlu Türkiyənin orada qaz tapacağına əmindir. Mütəxəssislər Türkiyənin enerji və yanacaq sahəsində sanki oyandığını qeyd edir. Qardaş ölkə bu istiqamətdə çox fəallaşıb. Türkiyə avqustda Qara dənizdə 320 milyard kubmetrlik qaz yatağı tapdığını açıqlamışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR